Türkiyə İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi 4-cü dəfə üzərinə götürdü - FOTO, VİDEO

Türkiyə İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi 4-cü dəfə üzərinə götürdü - FOTO, VİDEO

Türkiyənin Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Nazirlər Şurasının 24-cü iclasında Tacikistan ev sahibliyini Türkiyəyə təhvil verdi.

Türkiyə təşkilata sədrliyi 4-cü dəfədir öz üzərinə götürdü.

Sədrliyi təhvil alan Türkiyənin Xarici işlər Naziri Mövlud Çavuşoğlu çıxışından qeyd edib ki, təşkilat ölkələri arasında təəssüf ki, ticarət dövriyyəsi 100 milyard dolların altındadır.

Çavuşoğlu, İƏT-ə üzv ölkələri səyləri artırmağa çalışıb. Türkiyənin Xarici İşlər Naziri, həmçinin gömrük prosedurlarının da sadələşdirilməsini təklif edib və bu prosesi tezləşdirməyi təklif edib. 

Qeyd edək ki, bu gün bu gün Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov başda olmaqla ölkəmizi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 24-cü iclasında nümayəndə heyəti təmsil olunur . 

Katibliyi Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub.  

Azərbaycan 1992-ci ildən İƏT-in üzvüdür və təşkilatda ən fəal ölkələrdəndir.

 

REAL TV-nin Türkiyə bürosu

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə