Milli Parkda ilk marafon - VİDEO

Milli Parkda ilk marafon - VİDEO
Bayraq Günü ilə əlaqədar ilk qaşış marafonu keçirilib

9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Abşeron Milli Parkında "Sağlam ətraf mühit, sağam həyat naminə" ilk qaçış marafonu keçirildi.

Qaçış marafonunun keçirilməsində məqsəd insanları ətraf mühitin sağlamlaşdırılıması tədbirlərinə dəstək verməyə çağırmaq və Milli Parkda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaqdır.

"Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et" şüarı altında təşkil olunan marafonda 50-dən çox iştirakçı 6 km məsafəni qət etdi.

Finiş xəttini ilk keçən 5 marafonçuya hədiyyələr verildi.

Qeyd edək ki, ekoturizmin təbliği, milli parklara turistlərin cəlb edilməsi məqsədilə bu cür tədbirlər Azərbaycanın digər milli parklarında da təşkil olunacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə