Gürcüstanda etiraz aksiyalarında 27 nəfər saxlanılıb

Gürcüstanda etiraz aksiyalarında 27 nəfər saxlanılıb

Ötən axşam Gürcüstanın paytaxtı Tbilisi və Batumi şəhərlərində LGBT mövzusunda olan “Və sonra biz rəqs etdik” filminin premyerası və nümayişlərinə etiraz olaraq keçirilən aksiyalarda 27 nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gücüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Həmin şəxslər polisə tabe olmamaq və xuliqanlıqda ittiham olunurlar.

DİN aksiyalar zamanı baş verən insidentlərlə bağlı istintaqa başlayıb.

Qeyd edək ki, ötən gün Tbilisinin filmin premyerasının keçirildiyi “Amirani” kinoteatrının qarşısında kütləvi aksiya keçirilib. Yüzlərlə etirazçı və polislər arasında bir neçə dəfə qarşıdurma baş verib. Aksiyaçıların pirotexniki vasitələr partlatması nəticəsində bir neçə polis əməkdaşı xəsarət alıb. Ekran əsərinin nümayiş etdirildiyi Tbilisinin digər və Batuminin “Apollo” kinoteatrının qarşısında da etiraz aksiyaları keçirilib.

REAL TV

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə