Cəlilabad xəstəxanasında körpə ölümü baş verib

Cəlilabad xəstəxanasında körpə ölümü baş verib

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında körpə ölümü baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, körpə ölümü günorta saatlarında qeydə alınıb. Cəlilabad şəhər sakini, 1992-ci il təvəllüdlü Aytən Namiq qızı Kərimova dünən gecə saat 4 radələrində doğuş vəziyyəti ilə bağlı olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Doğum şöbəsinə yerləşdirilən hamilə qadının həyat yoldaşı Elnur İbrahimlinin dediklərinə görə, A.Kərimovanın doğuş sancılarının başlaması üçün müəyyən prosedurlar görülüb və təbii doğuşa hazırlıq aparılıb. Günorta saat 2 radələrində isə qeysəriyyə əməliyyatı edilməsinə qərar verilsə də, sonradan hamilə qadın yenidən təbii doğuş otağına köçürülüb. Təxminən  1 saatdan sonra isə uşağın ölməsi ilə bağlı məlumat verilib.

Ölən körpənin valideyni bədbəxt hadisənin baş verməsində, o cümlədən əməliyyata çox gec başlanıldığına görə xəstəxananın həkimlərini günahlandırıb. Xəstəxanadan isə ilkin məlumat olaraq öyrəndik ki, cift böyük ölçüdə olduğundan körpə ölü doğulub.

Körpənin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Cəlilabad şəhər şöbəsinə təhvil verilib.

E.İbrahimli hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı artıq araşdırmalara başlanılıb.

REAL TV

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

16 Noyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə