“MUSİAD” Azərbaycanda - VİDEO

“MUSİAD” Azərbaycanda - VİDEO
Müstəqil İş adamları Dərnəyi Təşkilatı ölkəmizdə fəaliyyətə başlayıb

Azərbaycanda türk iş adamlarının yeni təşkilatı fəaliyyətə başlayıb. Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi təşkilatı Türkiyənin eyni adlı təşkilatının Azərbaycan bölməsi kimi fəaliyyət göstərir. Bu günlərdə Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin İzmir şöbəsinin nümayəndə heyəti Bakıda səfərdə olublar. Onlar bir çox nazirlik və dövlət qurumlarında keçirdiyi görüşlərdə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələri müzakirə edib, hər iki tərəfi maraqlandıran suallar cavablandırılıb və bəzi məsələlər barədə fikir mübadiləsi aparıblar. MÜSİAD İzmir şöbəsi nümayəndə heyətinin rəhbəri Bilal Sayqılı Reala verdiyi müsahibəsində son illər ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın artırılması üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb

Təşkilatın İdarə heyətinin üzvü həmçinin İdxalat və İxracat şirkətinin direktoru Ali Mamakda bildirir ki, Azərbaycanda fəaliyyət göstərən türk şirkətlərinin Azərbaycan iqtisadiyyatına, o cümlədən də Türkiyədə fəaliiyət göstərən Azərbaycan şirkətlərinin Türkiyə iqtisadiyyatına bilavasitə təsirləri olduğunu bildirdi.

Qeyd edək ki, təşkilat rəsmi olaraq fəaliyyətinə bu ildən başlayıb. «MUSİAD Baku»nun rəhbəri Abdurrəhman Uzun bildirib ki, hazırda təşkilatın 35 üzvü var. İlnin sonunadək onların sayının 100-ə çatdırılması nəzərdə tutulur. Qarşıdakı illərdə isə MUSİAD 500-dən artıq türk iş adamını ətrafında birləşdirmək istəyir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə