Kompensasiya üçün seçilən həyat - VİDEO

Kompensasiya üçün seçilən həyat - VİDEO
İcra Hakimiyyəti zirzəminin qanunsuz zəbt olunduğunu iddia edir

Xalidə Quliyeva və ailəsi REAL TV-yə məktubla müraciət edərək bildirir ki, 10 ildir gördüyünüz bu zirzəmidə yaşayır.

Ölkə başçısı qəzalı vəziyyətdə olan binaların sakinlərinin köçürülməsi ilə bağlı tapşırıq verib və bu proses artıq yekunlaşmaq üzrədir. Amma nə üçünsə bu tapşırıq Quliyevlər ailəsinə şamil olunmur. Deyir yaşadığı binanın sakinlərinin çoxu kompensasiyalarını alaraq köçüblər. Onlar isə hələ də bu, işığı, suyu kəsilən zirzəmidə yaşamaq məcburiyyətindədirlər. Heç buradan köçmək şansları da yoxdur.

Prezidentin tapşırığı isə odur ki, qəzalı vəziyyətdə olan binaların zirzəmisində yaşayan sakinlər üçün 30 min manat kompensasiya ödənilməlidir. Elə sözügedən Quliyevlər ailəsini də bu ilin iyun ayında Suraxanı icra hakimiyyətindən çağırıb dedilər ki, “Kapital Bank” da adınıza hesab açdırın, pulu köçürək. Amma bu günə kimi pul köçürülməyib.

Məsələ ilə əlaqədar Suraxanı rayon icra hakimiyyətinə müraciət etdik. Ordan bildirildi ki, aidiyyatı qurumların nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib edilmiş aktlarda Suraxanı rayonunda bəzi binaların, o cümlədən Əmircan qəsəbəsi, Park küçəsi 32 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının texniki vəziyyətinin qəzalı olması göstərilib. sahəsi 30 m2 və daha az olan mənzildə yaşayan ailələrin hər birinə 30 000 manat, sahəsi 30 m2-dən çox olan mənzildə yaşayan ailələrin hər birinə ümumi sahənin 1 m2-i üçün 1000 manat olmaqla birdəfəlik maddi yardımın, ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə hər ailə üçün 500 manat vəsaitin ödənilməsi işlərinə başlanılıb.

Barxudar Barxudarov deyir ki, sözügedən qəzalı binada yerləşən və Əsəd Quliyevə məxsus olan mənzilin 40 800 manat vəsait müqabilində boşaldılmasına dair edilən təkliflə mənzil mülkiyyətçisi razılaşmadığından, orada məskunlaşan şəxslərin, o cümlədən Xalidə Quliyevanın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə RİH tərəfindən məhkəmə qaydasında iddia qaldırılıb və həmin iddia təmin edilib.

Sonda Xalidə xanıma məsləhətimiz o olardı ki, mənzili alarkən onun sənədlərinin qaydasında olub-olmadığını dəqiqləşdirsinlər.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

16 Noyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə