Qələbəyə həsrət “Şah”

Qələbəyə həsrət “Şah”
Şəhriyar Məmmədyarov 2-ci yarış gününü də qalibiyyətsiz bitirib

Rumıniyada Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı “Grand Chess Tour 2019” seriya turniri davam edir. Buxarest şəhərində reallaşan Rapid yarışında daha 3 partiya oynanılıb.

Dördüncü turda amerikalı Uesli Soyla qarşılaşan şahmatçımız məğlubiyyətlə barışıb. Qrossmeysterimiz növbəti 2 görüşünü sülhlə bitirib. “Şah” əvvəlcə ukraynalı Anton Korobov, altıncı matçda ermənistanlı Levon Aronyanla heç-heçə edib.

Xatırladaq ki, zəka sahibimiz ilk üç turda da xalbölgüsünə razılaşmışdı. Beləliklə də 6 turun yekununa görə Məmmədyarov 5 xalla 7-ci pillədə qərarlaşıb.

Rapid yarışlarına bu gün yekun vurulacaq. Növbəti 2 gündə isə blits turnirinin partiyaları oynanılacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə