“Ermənistanın danışıqların formatını dəyişmək cəhdi sülh prosesinə açıq-aşkar təhlükədir”

“Ermənistanın danışıqların formatını dəyişmək cəhdi sülh prosesinə açıq-aşkar təhlükədir”

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi qurumun Daimi Şurasının iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı bəyanatla çıxış edib. APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində irəliləyiş yoxdur. 


"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin də təsdiq etdiyi kimi, atəşkəsə ümumilikdə əməl olunur və atışmalar xeyli dərəcədə azalıb. Onlar da səmərəli müzakirələrin aparılması və həll yolu ilə bağlı danışıqlarda irəliləyiş üçün əlverişli atmosferin mövcud olduğunu təsdiqləyirlər. Lakin baxmayaraq ki, pozitiv atmosferi yaranıb, 2018-ci ilin sentyabrından təmas xətti boyunca müşahidə olunan sakitlik  münaqişənin həlli istiqamətində müsbət irəliləyişə çevrilmədi. Faktdır ki, biz bu gün yalnız görüşlər barədə danışa bilirik, hansı ki, həmsədrlərin özlərinin də davamsız və qəbuledilməz adlandırdığı hazırkı işğalın status-kvosunu dəyişməyə imkan verəcək, münaqişənin həlli ilə bağlı substantiv məsələlərin tam hüquqlu müzakirəsinə çevrilə bilmir. Görüşlərin müəyyən intensivliyinə baxmayaraq, Ermənistanın vicdanla danışıqlar aparmaq üçün açıq siyasi istəyinin olmaması prosesin irəliləməsinə mane olmağa davam edir. Bu mənada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyi-Yorkdakı görüşü də məyusedici idi.
Biz bu fikirdəyik ki, bəzi etimad tədbirləri həyata keçirilə bilər. Lakin bunlar danışıqlar prosesində əvəzedici ola bilməz. Xalqların sülhə hazırlanması ilə bağlı bu kiçik addımlar substantiv danışıqlar üçün ilkin şərt kimi irəli sürülə bilməz. Ötən bir il ərzində Ermənistan rəhbərliyinin məsuliyyətsiz çıxışlar və hərəkətlər edərək sülh prosesini pozmağa yönələn davamlı cəhdlərinin şahidi olmuşuq. Beləliklə, Ermənistanın danışıqların formatını dəyişmək cəhdi sülh prosesinə açıq-aşkar təhlükədir", - deyə bəyanatda vurğulanır.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə