Əhalinin su təminatı - VİDEO

Əhalinin su təminatı - VİDEO
"Azərsu" sədri bu istiqamətdə görülən işlərlə bağlı hesabat verdi

“Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi su sektoruna da böyük diqqət yetirilir. Ölkəmizdə bu sektorun inkişafı prioritetlərdən biridir”.

Bu fikirləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib. Q.Hüseynov bildirib ki, bu istiqamətdə ölkə Prezidenti tərəfindən müvafiq dövlət proqramları təsdiq olunub. Həmin proqramlar regionları, o cümlədən Bakı şəhəri və Abşeron yarımadasını da əhatə edir.

Qorxmaz Hüseynov bildirib ki, son vaxtlar yağıntıların az olmasına görə xüsusilə yay aylarında bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik olub. Onun sözlərinə görə, həmin rayonlarda alternativ su mənbələrinin yaradılmasına başlanılıb. Gədəbəy və Lerikdə artıq bu işlər başa çatıb, Şəki, Şamaxı, Tovuz rayonlarında isə işlər gələn il başa çatacaq. Regionlarda suyun keyfiyyəti məsələsinə toxunan Q. Hüseynov bildirib ki, strateji yol xəritəsinə uyğun olaraq regionlarda su kanal idarələri və regional laboratoriyalar yaradılıb. Jurnalistlərin suallarına cavabında qurum rəhbəri bildirib ki, Bakının mərkəzini bəzən yağış suları basır, buna səbəb kanalizasiya xətlərinə atılan tullantılardır.

Bakıda binaların üzərindən çənlərin yığışdırılması və bu səbəbdən əhalinin susuz qalması məsələsinə münasibət bildirən Qorxmaz Hüseynov bəzi ünvanlarda bu mövzuda yalnışlığa yol verildiyini açıqlayıb.

“Bakıda "Azərsu"nun suyunu antireklam edərək, su filtrlərinin reklamından danışan Azərsu sədri bildirib ki, bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir. Qorxmaz Hüseynov kooperativ binalarda suyun çirkli olması məsələsinə toxunub və bildirib ki, kooperativ binaların özlərinin su anbarları olmalı və bu anbarları ən azı ildə bir dəfə təmizlənməli və yuyulmalıdır

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə