Polietilen “Tor”basından çıxış yolu - VİDEO

Polietilen “Tor”basından çıxış yolu - VİDEO
Dünya ölkələri plastik tullantılar və polietilen torbalardan imtina edir

Hələ 15-20 il bundan əvvəl birdəfəlik plastik qablar və polietilen torbalar bizim üçün qəribə maraq doğururdu.

Ərzaq mağazalarında müxtəlif ərzaqların örtüklərinin zaman-zaman polimerlərlə əvəzlənməsi, əslində, yenilik kimi qarşılandı.

Polietilen ərzaq torbaları həyatımıza o qədər yaxından daxil oldu ki, “bunlar sağlamlığımız üçün təhlükəlidirmi” sualı belə yaddan çıxdı. Amma dünya alimlərinin həm plastik qablar, həm də polietilen torbaların həyat üçün təhlükəli olduğu barədə tədqiqatları, bir sıra ölkələrin həmin məhsullardan istifadəyə qadağa qoymaları bizi də artıq səhhətimiz haqqında düşünməyə məcbur etdi. Bu ilin fevral ayında ölkə başçısı tərəfindən plastik tullantılarının ətraf mühitdə mənfi təsirlərinin azaldılması istiqamətində 2019-2020-ci illər üçün tədbirlər planı təsdiq olunub. Bu tədbirlər planında plastik tullantıların toplanması, statistikasının aparılması, təkrar emalı, təkrar emal müəssisələrinin genişləndirilməsi və eyni zamanda plastik, polietilen torbalardan mərhələli şəkildə imtina olunması nəzərdə tutulur. Buna görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və aidiyatı qurumlar tərəfindən birgə tədbilər planı hazırlanaraq təqdim olunub.

Bunu REAL-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirdi.

Qeyd edək ki, bu gün Avropa ölkələrinin əksəriyyəti polietilen torbalardan imtina edib. O cümlədən dünya səviyyəsində bir çox nüfuzlu təşkilatlar, eyni zamanda məşhur brendlər plastikdən daha az istifadə etmək istiqamətində tədbirlər həyata keçirirlər. Onlar plastik qablaşdırmanın kağız və digər alternativləri ilə əvəz olunmasını təklif edirlər. Analoji qaydanın bizdə də tətbiq olunması gözlənilir. Ekoloji və insan sağlamlığı baxımından selofan torbaların kağızla əvəz olunması müsbət haldır. Kağız torbalara keçid edilməzdən öncə daxildə kağız sənayesi inkişaf etmiş səviyyədə olmalıdır. Plastik və polimer torbalardan imtina edilirsə, bu, idxal hesabına deyil, daxili imkanlar hesabına təmin olunmalıdır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə