FTX-nin direktoru: Azərbaycandan da olan həmkarlarımızla birlikdə 13 terrorçu yuvası aşkarlamışıq

FTX-nin direktoru: Azərbaycandan da olan həmkarlarımızla birlikdə 13 terrorçu yuvası aşkarlamışıq

2019-cu ildə Rusiya, Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistan xüsusi xidmət orqanlarının birgə əməkdaşlığı nəticəsində 13 beynəlxalq terrorçu yuvası aşkarlanıb və onların fəaliyyətinin qarşısı alınıb. 

APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında bildirib.

“Bu il Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistandan olan tərəfdaşlarımızla əməkdaşlıq nəticəsində 13 beynəlxalq terrorçu yuvası aşkarlanıb, 138 döyüşçü saxlanılıb. Bu ilin may ayından oktyabr ayına kimi terrorçu və dini ekstremist təşkilatlarla əlaqədə şübhəli bilinən MDB ölkələrinin 200-dən çox vətəndaşı sərhəd nəzarətinə götürülüb”, - deyə A. Bortnikov qeyd edib.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə