“Yenilməzlər”in Qala təqdimatı - VİDEO

“Yenilməzlər”in Qala təqdimatı - VİDEO
Bakıda 5-ci uşaq paralimpiya oyunları keçiriləcək

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində “Yenilməzlər” Beynəlxalq Qala Təqdimatına həsr olunan mətbuat konfransı keçirilib.

Tədbirdə Komitənin prezidenti İlqar Rəhimov, “Yenilməzlər” tədbirinin senari müəllifi və quruluşçu rejissoru, əməkdar artist Nicat Kazımov, senarist və bədii rəhbər Davud Müzəffərli iştirak ediblər.

Qurumun rəhbəri bildirib ki, bu tədbir ölkəmizdə korporativ sosial məsuliyyət dəyərlərinin təbliğinə yönəlib. Heydər Əliyev Fondunun və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Yenilməzlər” beynəlxalq qala təqdimatında paralimpiyaçıların həyat hekayələri bədii çalarlarla səhnələşdiriləcək.

Bu səhnə işinin qəhrəmanları da paralimpiyaçıların özləri olacaqlar. İlqar Rəhimov noyabrın 14-də Bakıda keçiriləcək 5-ci Uşaq Paralimpiya oyunları haqqında da söz açıb.

Komitənin prezidenti Oyunlarda 8 idman növü üzrə Naxçıvan da daxil olmaqla ölkəmizin bütün regionlarından paralimpiyaçı uşaqlar iştirak edəcəklər. Yarışa Gürcüstan təmsilçiləri də qatılacaqlar.

Qeyd edək ki, Uşaq Paralimpiya Oyunlarının final yarışları Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

16 Noyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə