Qulu Məhərrəmli-65 il (VİDEO)

Qulu Məhərrəmli-65 il (VİDEO)
BDU-da professorun yubileyi qeyd olunur

BDU-nun Jurnalistika fakültəsində tanınmış telejurnalist, professor Qulu Məhərrəmlinin 65 illik yubileyinə həsr olunan tədbir keçirildi.

Tədbirdə Qulu Məhərrəmlinin iş yoldaşları, həmkarları və tələbələri iştirak etdilər. Qulu Məhərrəmlinin həm müəllimi, həm də həmkarı olan professor Nəsir Əhmədli onun haqqında fikirlərini REAL TV ilə bölüşdü.

Müəllimin tələbəsi haqqında danışması asandır, amma bir tələbənin müəllimi haqqında danışması həm çətindir, həm də məsuliyyətli.

Səni öyrədən biri haqqında nə danışa bilərsən ki? Üstəlik haqqında danışdığın şəxs də jurnalistdirsə işin seminar, kollokvium və imtahandan daha da çətindir.

Bir tələbə olaraq deyə bilərəm ki, Qulu Məhərrəmli həm də çox peşəkar və fədakar bir müəllimdir. Belə bir fikir var: “Pis müəllim şagirdinə həqiqəti çatdırır, yaxşı müəllim isə onu tapmağı öyrədir”. Elə jurnalistikanın əsas təməli də həqiqət deyilmi? Qulu Məhərrəmli də neçə-neçə jurnalist tələbəyə bu prinsipi aşılayan müəllimlərdəndir.

O bütün bunlarla yanaşı həm də uzun illərdir televiziya sahəsində çalışır. O hələ ötən əsrin ortalarından Azərbaycan Televiziyasında çalışmağa başlayıb və redaktor, böyük redaktor, şöbə müdiri, proqram rəhbəri, baş redaktor, siyasi icmalçı və departament direktoru kimi vəzifələrdə çalışıb. Onu jurnalistika fakültəsində həm də Şirməmməd Hüseynova bənzədirlər. Eyni ilə onun kimi axtarıb-araşdırmağa, yazmağa olan həvəsi bitmək bilmir.

Həmçinin o həmişə gündəmdə olan jurnalistlərdəndir. 65 yaşı olmasına baxmaraq. 65 illiyin mübarək, müəllim!

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə