Azərbaycanlılar qəzaya düşdü - VİDEO

Azərbaycanlılar qəzaya düşdü - VİDEO
Stavropolda baş verən qəzada 8 nəfər xəsarət alıb

Rusiyanın Stavropol diyarında azərbaycanlıları daşıyan sərnişin mikroavtobusu qəzaya uğrayıb.

Rusiya mətbuatının verdiyi xəbərə görə, mikroavtobus yoldan çıxaraq xəndəyə düşüb və ağaca çırpılıb.

Qəzaya səbəb mikroavtobusun digər avtomobillə toqquşması və sürücünün idarəetməni itirməsi olub.

Mikroavtobus Rostovdan Bakı istiqamətində hərəkət edib.

Avtobusda 9 Azərbaycan vətəndaşı olub. Qəza nəticəsində 8 nəfər xəsarət alıb.

Qeyd edək ki, 2 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Xəsarət alanlar yerli mərkəzi şəhər xəstəxanasına aparılıblar.

 

REAL TV-nin RUSİYA bürosu

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə