Hollandiya yığması Azərbaycan millisinin sabiq baş məşqçisinə həvalə edilib

Hollandiya yığması Azərbaycan millisinin sabiq baş məşqçisinə həvalə edilib

Qadın voleybolçulardan ibarət Hollandiya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

APA-nın məlumatına görə, “narıncıların” “sükanı” Azərbaycan yığmasının sabiq baş məşqçisi Covanni Kapraraya həvalə edilib. 

İtaliyalı mütəxəssis bu postda istefaya göndərilən amerikalı Ceymi Morrisonu əvəzləyib. Onun qarşısına əsas məqsəd kimi Avropa Olimpiya Təsnifat Turnirində uğurlu çıxış qoyulub. 

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri 2020-ci ilin yanvarında Hollandiyanın Apeldorn şəhərində baş tutacaq. A qrupunda Azərbaycan, Polşa və Bolqarıstanla oyun ev sahibləri üçün yeni baş məşqçi ilə ilk ciddi sınaq olacaq. 

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə