Avropada ən aşağı yaşa malik futbolçuların yer aldığı ölkə bəlli olub

Avropada ən aşağı yaşa malik futbolçuların yer aldığı ölkə bəlli olub

İsveçrənin “CIES Football Observatory” şirkəti Avropa liqalarında oynayan futbolçuların yaşları ilə bağlı araşdırma aparıb.

"Report" xəbər verir ki, araşdırmaya əsasən, qitədəki 31 liqada oyunçuların orta yaş həddi 10 il ərzində az dəyişib.

On il öncə bu göstərici 25,9 olub. 1 oktyabr 2019-cu il tarixinə olan məlumatlara görə, bu rəqəm 26,07 təşkil edir.

Avropa liqalarında ən çox 24 yaşlı futbolçunun olduğu vurğulanıb.

31 liqada 463 klubda çıxış edən 11 min 692 oyunçu araşdırılıb. Slovakiya çempionatı 24,31 yaş ortalaması ilə birinci, Hollandiya ikinci (24,54), Sloveniya isə üçüncü (24,57) pillədə qərarlaşıb.

Qeyd edək ki, araşdırılan ölkələr içərisində Azərbaycan Premyer Liqası yer almayıb. 

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə