Bakıda ər arvadını yastıqla boğaraq öldürdü

Bakıda ər arvadını yastıqla boğaraq öldürdü
Paytaxtda dəhşətli cinayət

Bakıda qətl törədilib. Real Tv Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq qətlə yetirib.

Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanlı saxlanılaraq istintaqa təhvil verilib.

 

Digər xəbərlər
Bu gün
Dünən