Küləkli hava ilə bağlı xəbərdarlıq - VİDEO

Küləkli hava ilə bağlı xəbərdarlıq - VİDEO
Küləyin maksimal sürəti saniyədə 35 metrə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcək. Açıq dənizdə küləyin sürəti 35 m/s dək güclənəcək, dənizdə dalğanın hündürlüyü 7,5 metrə dək yüksələcək.

Küləkli hava ilə əlaqədar gəmiçilər də təlimatlandırılıb. Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə hava haqqında praqnoz daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı xəbərdarlıq edib.

Respublika ərazisində qeyri sabit hava şəraiti bir neçə gündə davam edəcək.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə