“Nəsimi Poeziyasi-İnsana Himn” - VİDEO

“Nəsimi Poeziyasi-İnsana Himn” - VİDEO
Rusiyanin Fəlsəfə İnstitutunda elmi konfrans keçirilib

Rusiya fəlsəfə inistitunda “Nəsimi poeziyası – insana himn: Şərqin və Qərbin mənəvi-mədəni dəyərlərinin sintezi” adı elmi konfrans keçirildi. beynəlxalq konfrans dahi Azərbaycan şairi və mütəfəkkiri İmaDəddin Nəsiminin anadan olmasinin 650 illik yubileyi çərçivəsində baş tutdu. Heydər Əliyev Fondu, Rusiya Fəlsəfə Cəmiyyəti və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfransda “Nəsimi yaradıcılığında humanizm problemi”, Nəsimi poeziyasında insan və mədəni dəyərlərin təsdiqi”, Nəsimi estetikasında mənəvi kamillik” və digər mövzularda məruzələr dinlənildi“.

“Konfransın həsr olunduğu adın mənası – Nəsimi dahi şair, eyni zamanda dahi filosofdur. Nəsimi unudulmayıb. Buna baxmayaraq demək olmaz ki, o bütün incəliklərlə və dərinliyə qədər dərk olunub. Nəsimi, demək olar ki, humanizmi yaradan dahilərdən biridir. Nəsimi ona görə qiymətlidir ki, o insan himnini elan etdi. Onun bu elanı güclü, dərin və davamedici oldu.”

Konfransın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Fəlsəfə İnstitutunun direktoru Andrey Smirnov, Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi rəhbəri Abdulsalam Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə və başqaları çıxış etdilər. Nəsimi yaradıcılığının özəllikləri və xüsusiyyətləri qeyd edildi.
Nəzərinizə çatdıraq ki, Konfransın işində müxtəlif ölkələrdən, o cümlədən Rusiya, Azərbaycan, ABŞ, İran, Türkiyə, Finlandiya, Özbəkistan alimləri iştirak etdilər.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə