Dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği 1,344 mlrd. manatı ötüb

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği 1,344 mlrd. manatı ötüb

Bu ilin noyabrın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə Azərbaycanda 1 344 686 043 manat məbləğində 27 113 ipoteka krediti verilib.

Fondan “APA-Economics”ə verilən məlumata görə, zəmanət verilmiş kreditlərin ümumi məbləği 46 859 000 manat, dövriyyədə olan istiqrazların ümumi məbləği isə 707 672 002 manat təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında verilmiş ipoteka kreditlərinin sayı 1 884, məbləği 127 457 696 manat, zəmanət verilmiş kreditlərin ümumi məbləği isə 29 330 000 manat təşkil edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər