Xarici Kitabxana ilə əməkdaşlıq - VİDEO

Xarici Kitabxana ilə əməkdaşlıq - VİDEO
Azərbaycan və Rusiya humanitar sahədə əməkdaşlığı genişləndirir

Moskvada Azərbaycan nümayəndə heyəti M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının rəhbərliyi ilə görüşdü.

Görüş çərçivəsində kitabxananın tərkibində fəaliyyət göstərən Azərbaycan mərkəzi, ümumiyyətlər kitabxana ilə Azərbaycan Respublikası arasında əlaqələr müzakirə edildi.

Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxananın direktoru Mixail Şepelin və iki dövlətin ictimaiət nümayəndələrinin iştirak etdiyi görüşdə Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyeva Kitabxananın qəyyumlar şurasının üzvü seçildi.

M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel Heydər Əliyev fondu və kitabxananın əməkdaşlığının əhəmiyyətini REAL TV-yə müsahibəsində açıqladı.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevnın növbəti görüşü isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında baş tutdu.

Görüş Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvləri ilə keçirildi. Tədbir çərçivəsində “Nar” adlı rəsm sərgisi təşkil olundu.

Görüş gənclərin iştirakı ilə konsert proqramı ilə davam etdirildi. Sonda xatirə şəkili çəkildi.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə