Sürüşən Badamdara etibarlı dayaq - VİDEO

Sürüşən Badamdara etibarlı dayaq - VİDEO
Yeni layihəyə əsasən sürüşmə zonası əsaslı şəkildə bərpa olunacaq

Uzun müddətdir ki, müzakirə mövzusu olan Badamdar ərazisində baş vermiş sürüşmənin aradan qaldırılması və əks tədbirlərin həyata keçirilməsi üzrə layihəni Yaponiyadan dəvət olunmuş mütəxəssislər tərəfindən aparılmış tədqiqatlar əsasında işlənib hazırlanıb.

Həmin layihə Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət dövlət agentliyinin baş dövlət ekspertizası tərəfindən baxılıb və müsbət rəy verilib. Hazırlanmış layihə sifarişçiyə təhvil verilib və hazırda işlər başlanmaq ərəfəsindədir.

Sürüşməyə səbəb olan yeraltı suların axıdılması üçün Yaponiya şirkəti tərəfindən qırılma qaşından təxminən 60 metr yuxarıda anbar rolunu oynayan üç quyunun qazılması və həmin quyulardan üfüqi drenajın quraşdırılması nəzərdə tutulur. Bunu Reala açıqlamasında

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət dövlət agentliyinin Azərlayihə İnşaat İnstitunun Fövqəladə halların tədqiqi və əks tədbirləri layihələndirilməsi şöbəsinin rəisi Ramiz Rzayev bildirib.

Ramiz Rzayevin sözlərinə görə layihə çərçivəsində ilk növbədə yuxarıda yerləşən həyətyanı sahələrdən daban hissəyə qədər 3 terras yaradılacaq. Həmin terraslar ərazinin mailliyi nəzərə alınaraq kəsiləcək üzərinə tol vurulacaq, üzərinə beton plitələr qoyularaq uzunluğu 4 metr olan ankel boltları ilə səthə bərkidiləcək.

Bundan başqa Ramiz Rzayev bildirir ki, sürüşmə ərazisində quraşdırılan cihazlar vasitəsilə ərazinin hələ də minimal dərəcədə hərəkətli omağını görmək olar ki, bu da ərazinin relyefini nəzərə alaraq normal sayılır və buda yolun tamamilə bağlanmasına əsas vermir.

Qeyd edəki, əgər hava şəraiti maneə yaratmasa və ya fors major baş verməsə layihə 6 ay ərzində tamamlanacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə