“Əbədiyyət” heyrətlə qarşılandı - VİDEO

“Əbədiyyət” heyrətlə qarşılandı - VİDEO
Leyla Əliyevanın əsəri Beynəlxalq İncəsənət Biennalesində təqdim olunur

Rusiya paytaxtında VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılış mərasimi oldu.

Sərgidə Azərbaycandan Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyeva və Orxan Məmmədov təmsil etməkdədir.

Hər iki ölkənin ictiməiət və mədəniyyət nümayəndələrinin qatıldığı, Rusiya Dövlət Tretyakov Qalereyasında keçirilən sərgi “Məkan oriyentasiyası” mövzusuna həsr olundu və dünyanın məhşur rəssamlarının əsərlərinin özündə çəmləşdirdi. Qalereyada hər bir rəsaam xüsusi guşələrdə fikir və ideyalarının bu və ya digər formada moskvalılara çatdırmaqdadır.

Sərginin mahiyyətini isə jurnalistlərə Rusiya Dövlət Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova açıqlayıb:

“Mən bundan əvvəl müasir incəsənətə həsr olunmuş belə bir memarlıq, təqdimat forması və belə bir fərqli səhnə quruluşu olan layihə görməmişdim. Tamaşaçı burda sanki öz dünyasına qapılır, bu isə yarı qapalı bir məkanda sənətlə dialoq aparmağa imkan verir”

Ekspozisiyada Azərbaycan rəssamları Leyla Əliyeva və Orxan Məmmədovun işləri video-art layihəsində təqdim olundu. Orxan Məmmədovun video-art layihəsində təqdim olunan əsəri 50 Azərbaycan xalçasının ornamentləri əsasında hazırlanıb. Əsərdə Azərbaycanın müxtəlif növ xalça ornamentləri bir-birini əvəz etməkdədir.

Leyla Əliyevanın təqdim etdiyi əsər "Əbədiyyət" adlanır. “Əsərdə insan təmsil olunub. Bunun üzərində çox çalışdım, vaxt, duyğu, təəssürat sərf etdim. İndi isə kiməsə onu məhv etməyi təklif etmək istəyirəm"deyən Leyla Əliyeva girişdə asılan şəkili göstərdi.

Sonra rəssam rəsmi cıraraq qonaqları “Əbədiyyət”in nümayiş olunduğu pavilyona dəvət etdi.

İnsan cəsarətinin hekayəsi haqqında danışan "Əbədiyyət" əsəri sərgi iştirakçılarının böyük marağına səbəb olub. Əsərdə insanın sahibi olduğu, vərdiş etdiyi ənənələri qorxmayaraq dağıtmasından, mövcud olandan daha yaxşısını, daha idealını yaratmağı arzulamasından və bununla da əbədiyyata düşməsindən danışılır.

Moskva İncəsənət Biennalesinin Prezidenti Yuliya Muzukantskaya bildirib:

“Fikrimcə təqdimat heyrətamizdir. bu ən parlaq əsərlərdən biridir. Mən çox qürurluyam ki, Leyla xanım öz yaradıcılığında belə bir dönüş etdi. Çünki, bu onun Moskva biennalesində video-art formasında ilk işidir. Mən əminəm ki, bu hər kəsin xoşuna gələcək. Bu həqiqətən çox maraqlı işdir”.

Telejurnalist Vladislav Flyarkovski bildirib:

“Bir müddət - təxminən bir iki dəqiqə ərzində insan müvazinətini itirir. Birdən tarazlıq itməyə başlayır və əsmə hissi yaşanır. Mənim fikrimcə bu, əsl keyfiyyətli müasir incəsənətin ən başlıca işarələrindəndir - Tamaşaçını tarazlığını itirməyə məcbur etmək.”

Nəzərinizə çatdıraq ki, ilk dəfə olaraq Moskva biennalesinin tərəfdaşı dünyanın ən sanballı qrafik əsərlər toplusu olan Avstriyanın məşhur “Albertina” muzeyidir.

Sərgi 2020-ci ilin Yanvar ayının 22-nə kimi davam edəcək.

REAL-ın RUSİYA bürosu
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə