Əbülfəs Qarayev: Klasik musiqi konsertlərində salon boş qalır

Əbülfəs Qarayev: Klasik musiqi konsertlərində salon boş qalır

"Azərbaycanda gedən əhəmiyyətli mədəni hadisələrə bizim bəstəkarlarımız qatılmırlar".

APA-nın məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir ölkədə Üzeyir Hacıbəyli, Mstislav Rastopoviç, Qara Qarayev adına və başqa musiqi festivallarının keçirildiyini vurğulayıb: "Lakin biz o salonları yalnız son anda, daha çox musiqi məktəblərinin hesabına doldura bilirik. Niyə Bəstəkarlar İttifaqının üzvləri bu konsertlərə getmirlər? Niyə ümumi mədəni mühitin formalaşdırılmasında bəstəkarlarımız iştirak etmirlər? Onlara Azərbaycanda gedən proseslər maraqları deyil? Biz bu festivallar vasitəsi ilə dünya musiqisinə qoşuluruq. Klassik musiqi konsertlərinə diqqət niyə az olmalıdır? Necə olur ki, estrada müğənnilərinin konsertlərində yer tapılmır, amma klasik musiqi konsertlərində salon boş qalır və biz son anda zalı doldurmağa çalışırıq. Məncə, bu, bizim bəstəkarların da biganəliyidən doğur. Mən sizin hamınıza bu kimi tədbirlərdə aktiv iştirak etməyə çağırıram".

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə