ETSN: Bakıda temperatur iqlim normasından 2 dərəcə yüksəkdir

ETSN: Bakıda temperatur iqlim normasından 2 dərəcə yüksəkdir

“Son 2-3 gündə Bakıda və Abşeron yarımadasında gündüz 19-22, Aran rayonlarında  21-25, dağlıq ərazilərdə 18,  Naxçıvan Muxtar Respublikasında 20-25 dərəcə isti müşahidə olunmaqdadır. Hazırda Bakıda müşahidə olunan temperatur iqlim normasından  2 dərəcə yüksəkdir”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, ötən illərdə oktyabr ayında isti hava şəraiti 1934-cü ildə müşahidə olunub: "Ondan sonra nisbətən isti hava şəraiti 2002 və 2012-ci illərdə qeydə alınıb. Bu il oktyabrda ən yüksək temperatur ayın əvvəlində olub və  27.5 dərəcə istilik təşkil edib. Ondan sonrakı günlərdə  temperatur 20-24 dərəcə arasında dəyişib. Oktyabr ayında bundan da yüksək temperatur müşahidə olunan illər olub. Məsələn, 2012-ci  ildə Bakıda  32.7, 2013-cü ildə 31.6, hətta keçən il 28.8 dərəcə isti qeydə alınıb. Bu il  oktyabrda müşahidə olunan temperatur ötən illərlə müqayisədə aşağıdır”. 

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə