R.Mehdiyev AMEA Prezidenti seçildi - VİDEO

 R.Mehdiyev AMEA Prezidenti seçildi - VİDEO
O, humanitar-ictimai elmlər sahəsindən seçilən ilk prezidentdir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib.

Akademiklər Yaqub Mahmudov, İsa Həbibbəyli, Urxan Ələkbərov, Nailə Vəlixanlı, Telman Əliyev, Adil Qəribov akademik Ramiz Mehdiyevin Azərbaycan elminə böyük töhfə verdiyini vurğulayıblar və akademik Akif Əlizadənin təklifini dəstəkləyiblər.

AMEA-nın akademikləri və müxbir üzvlərinin iştirakı ilə keçirilən səsvermədə Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib.

Akademiyanın tarixində ilk dəfədir ki, prezident humanitar-ictimai elmlər sahəsindən seçilir.

Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilib.

Qeyd edək ki, oktyabrın 23-də Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Xatırladaq ki, Akademik Akif Əlizadə ərizə yazaraq AMEA prezidenti vəzifəsindən istefa verib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə