Xaçmaz sakini keçmiş qayınatasını qətlə yetirib - TƏFƏRRÜAT - YENİLƏNİB

Xaçmaz sakini keçmiş qayınatasını qətlə yetirib - TƏFƏRRÜAT - YENİLƏNİB

Xaçmazda kürəkənin keçmiş qayınatasını öldürməsinin təfərrüatları məlum olub.  

APA-nın məlumatına görə, Qurbanov Səfər İlham oğlu əvvəllər Qədirova Gülyanə Əlihüseyn qızı ilə evli olub. S.Qurbanov 2017-ci ildə həyat yoldaşı ilə rəsmi qaydada ayrılaraq ikinci dəfə ailə həyatı qurub.

Bir neçə gün əvvəl S.Qurbanov keçmiş arvadı G.Qədirovanın başqa biri ilə ailə qurmaq istəməsi barədə xəbər alıb. Məsələyə aydınlıq gətirmək üçün o, oktyabrın 23-ü saat 11:30-da keçmiş qayınatasının evinə gedib. Kürəkən keçmiş qayınatasını çölə çağırıb və darvazanın yanında qızı Gülyanə haqqında yayılan məlumatlara etirazını bildirib. Yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqla qayınatasının mədə, kürək, döş qəfəsi və sol qol nahiyələrinə 8 dəfə xəsarət yetirərək öldürüb.

S.Qurbanov Xaçmaz Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub.

***

23 Oktyabr

12:30

Xaçmazda qətl hadisəsi baş verib. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qımıl kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Qədirov Əlihüseyn Cəlil oğlu keçmiş kürəkəni, 1990-cı il təvəllüdlü Qurbanov Səfər İlham oğlu tərəfindən bıçaqlanıb. S. Qurbanov keçmiş qayınatasına 8 bıçaq zərbəsi vurub. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.  

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə