Əli Əsədov kadr islahatlarına başlayıb - YENİLƏNİB

Əli Əsədov kadr islahatlarına başlayıb - YENİLƏNİB

Yeni Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetində kadr islahatları davam edir.

"Report" xəbər verir ki, Ə.Əsədovun sərəncamları ilə Ələsgər Ələsgərov Baş Nazirin köməkçisi, Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər müdiri təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, kadr islahatları Nazirlər Kabinetinin digər şöbələrini də əhatə edəcək.

*** 

Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.

“Report”un əldə etdiyi məlumata görə, Baş Nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov işdən çıxarılıb.

Bundan başqa, Ə.Əsədovun sərəncamı ilə dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar Azərbaycan Respublikası Baş Nazirinin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov tutduqları vəzifələrindən azad ediliblər.

Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş Nazir təyin edilib.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə