Mübariz Qurbanlı: Dövlət idarəçiliyində islahatlar davamlı olacaq

Mübariz Qurbanlı: Dövlət idarəçiliyində islahatlar davamlı olacaq

“Azərbaycanda geniş sosial-iqtisadi xarakterli islahatlarla bərabər, kadr islahatları da həyata keçirilir”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, islahatlar vaxtı çatmış məsələlərin həll edilməsi üçün aparılır: “Prezident İlham Əliyev bu günlərdə bildirdi ki, islahatlar daha da dərinləşəcək, o cümlədən daha gənc kadrların dövlət idarəçiliyinə gətirilməsi istiqamətində addımlar atılacaq. Bununla əlaqədar olaraq vəzifədə olan, Azərbaycan qarşısında, dövlət quruculuğunda və sosial-iqtisadi sahədə xidmətləri olan bəzi şəxslər müəyyən yaş həddinə çatdıqları üçün özləri müraciət edirlər, cənab Prezident də onların istefalarını qəbul edir. Bu bir prosesdir”.

M. Qurbanlı qeyd edib ki, dövlət idarəçiliyində islahatlar davamlı olacaq: “Bütün dünyada dövlət idarəçiliyində islahatlar həyata keçirilir. Azərbaycan da müstəqil dövlətdir və bu sahədə islahatlarını davam etdirir”.

REAL TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə