Ötən gün yol-nəqliyyat hadisələrində 4 nəfər ölüb - RƏSMİ

Ötən gün yol-nəqliyyat hadisələrində 4 nəfər ölüb - RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) ötən gün respublikada qeydə alınmış cinayət və hadisələr haqqında statistikanı açıqlayıb.

DİN-dən APA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb.  Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

REAL TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə