Qana prezidenti Azərbaycana səfərə gələcək

Qana prezidenti Azərbaycana səfərə gələcək

Qana Prezidenti Nana Akufo-Addo Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Azərbaycana gələcək.

"Report"un məlumatına görə, Qana prezidenti oktyabrın 23-də "Rusiya-Afrika" sammitində və iqtisadi forumda iştirak etdikdən sonra Soçidən Bakıya gələcək.

Qana prezidentini səfər çərçivəsində xarici işlər naziri Şirli Ayorkor Botçvey və energetika naziri Peter Amevu müşayiət edir.

Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.

REAL TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə