Gəncədə velosiped yürüşü keçiriləcək

Gəncədə velosiped yürüşü keçiriləcək

Oktyabrın 27-də Gəncə şəhərində velosiped yürüşü keçiriləcək. 

Heydər Əliyev Fondundan APA-ya bildirilib ki, “Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin birgə təşkilatçılığı ilə keçiriləcək veloyürüş saat 16:00-da Gəncə şəhəri Dəmiryol Vağzalının qarşısından start götürəcək, Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında başa çatacaq.

Tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqidir.

Xatırladaq ki, Gəncə eyni zamanda ötən ilin may ayında 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Bu titulu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.
İstirahət günü təşkil olunacaq veloyürüşdə iştirak sərbəstdir. 

REAL TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə