İki milyonuncu müraciət - VİDEO

İki milyonuncu müraciət - VİDEO
Səyyar "ASAN xidmət"ə 2 milyon vətəndaş müraciət edib

Səyyar "ASAN xidmət"ə 2 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Bu müraciət Zaqatalada Səyyar "ASAN xidmət"ə Afər Davudov tərəfindən edilib.

Qeyd edək ki, Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Afər Davudova 2 milyonuncu müraciət edən olması münasibəti ilə xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.

Onlardan 5-i paytaxt Bakıda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə