“BakuBuild 2019“ sərgisi başlayıb - VİDEO

“BakuBuild 2019“ sərgisi başlayıb - VİDEO
Sərgidə 23 ölkədən 280 şirkətin inşaat məhsulları nümayiş olunur

Bakıda 25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (“BakuBuild 2019”) işə başlayıb.

Sərginin dörd iş günü ərzində ziyarətçilər dünyanın 23 ölkəsindən 280 şirkətin yeni məhsulları ilə tanış ola biləcəklər.

Ötən illə müqayisədə builki sərgi 10% artıb. İştirakçıların coğrafiyası Avropa, Asiya, Amerika və MDB ölkələrini əhatə edir. Sərgidə Almaniya, BƏƏ, İran və ilk dəfə olaraq Türkiyənin milli qrupları iştirak edir. Tədbirdə Rusiya Federasiyasını 11 regional qrup təmsil edir. Yerli şirkətlər sərgi iştirakçılarının 40%-ni təşkil edir, yeni şirkətlərin sayı isə 50%-i təşkil edib.

Sərgidə inşaat materialları, dam örtükləri və izolyasiya, interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə, inşaat avadanlıqları və texnologiyaları, yayma metal, işıq və elektrotexniki məhsullar və s. təqdim olunur.

Sərgidə bakı inşaat sənaye açıq səhmdar cəmiyyətinin məhsulları da təqdim olunur. təmir tikinti məhsuları avropa və amerika standartları ilə hazırlanmış məhsullar bir neçə ildir ki təqdim olunur.bu dəfə həmin texnologiya ilə hazırlanan yeni məhsullar da sərgilənir

Qeyd edək ki, "BakuBuild" sərgisi 1995-ci ildən dünyanın 35 müxtəlif ölkəsini təmsil edən 5 minə yaxın şirkəti bir araya gətirib. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə