“Qarabağ“ - APOEL matçına 25 min bilet satılıb

“Qarabağ“ - APOEL matçına 25 min bilet satılıb

“Qarabağ”ın  Bakıda Kipr APOEL-inə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün indiyədək satılan biletlərin sayı açıqlanıb. 

"Report" Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq 25 min bilet sahibini tapıb. 

Matç üçün ən ucuz bilet 2 manatdır. Satışda 5 manat, 10 manat, 15 manat, 50 manat və VİP sektor üçün 70 manata biletlər də var.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (iticket satış məntəqəsi), “Park Bulvar AVM” (iticket satış məntəqəsi) ASAN 2, 3 (Yasamal, Amay t/m) və iTicket.az saytından onlayn şəkildə almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə