"Kvartal-95" Bakıda - VİDEO

Ukraynanın məşhur qrupu oktyabrın 24-də Bakıda konsert verəcək

Oktyabrın 24-də Bakıda Heydər Əliyev adına Sarayda Ukraynanın məşhur “Kvartal-95” studiyasının konsert proqramı keçiriləcək.Artqı qurp üzvləri Bakı konserti ilə bağlı son hazırlıqlarını ediblər.

Oktyabrın 24-ü “Studiya Kvartal 95” qrupu olaraq Azərbaycanın paytaxtı Bakıda, belə başa düşürəm ki, hələlik yeganə olan konsert verməyə gəlirik. Konsert Heydər Əliyev Sarayında olacaq. Gəlin. Ümid edirik ki, sizə Yeni İlə qədər kifayət edəcək sevinc bəxş edəcəyik. Yeni İldən sonra da yenə bizi seyr etməyə gəlin. Konsertimiz komandanın sevimli heyəti ilə təşkil olunacaq. Konsert verəcəyik.

“Kvartal-95” Avropanın əyləncəli tədbirlər keçirən ən böyük şirkətlərindən biri heüsab edilir. Yaxşı yumor və həyata pozitiv baxış, kəskin siyasi satira və aktuallıq, ümumbəşəri və ailə dəyərlərinin ahəngi studiyanın dəst-xətti sayılır.

“Kvartal-95” şirkəti 2003-cü ildə yaranıb. Şirkətin banisi və bədii rəhbəri Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenskidir.

“Kvartal-95” DƏ kino və televiziya sahəsində böyük təcrübəsi olan ən yaxşı müəlliflər, ssenaristlər, rejissor və prodüserlər çalışır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə