"Formula 1" biletləri satışda - VİDEO

Yerli vətəndaşlar xüsusi endirimlərdən faydalanacaqlar

"Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisi üçün bilet satışına start verilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin sözlərinə görə, satış şirkətin rəsmi vebsaytında və iTicket kassalarında aparılır. Yarışın keçirilməsinin 5 illiyi münasibətilə əməliyyat şirkəti avtoidman həvəskarlarına dördgünlük biletləri 20% endirimlə təklif edir. Endirim kampaniyası 15 yanvar 2020-ci ilədək davam edəcək.

İlkin endirim kampaniyası ilə birlikdə sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir. Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib ki, ildən ilə bilet alan turistlərin sayında artım müşahidə olunur.

Bülənt Özərdim yarışın əyləncə proqramı ilə bağlı da bəzi məqamlara aydınlıq gətirib. O ki, qaldı pit yolunda gəzməyə. Bunun üçün 4 günlük biletə sahib olmaq lazımdı.

Qeyd edək ki, yarış məkanına daxil olarkən şəxsiyyəti təsdiq edən vəsiqənin təqdim edilməsi tələb oluna bilər. Yarışı izləmək istəyən azarkeşlər üçün təklif olunan dördgünlük biletlərin indiki qiyməti tribunadan asılı olaraq 210 - 710 manat arasında dəyişir. 2020-ci il Azərbaycan Qran-prisi 5 - 7 iyun tarixlərində keçiriləcək.
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə