Ermənilərə Fransız şilləsi - VİDEO

Ermənilərə Fransız şilləsi - VİDEO
Qondarma D.Qarabağ Respublikası ilə 10 saziş və Xartiya ləğv edilib

Fransanın 12 şəhər və 2 departamenti tərəfindən qondarma Dağlıq Qarabağ respublikasının şəhərləri ilə əməkdaşlığa dair 14 müxtəlif saziş və xartiyaları artıq 10-u ləğv edilib.4dünün ləğv edilməsi istiqamətində isə intensiv işlər aparılır. Bunu reala ölkəmizdə səfərdə olan Paris Hüquq Bürosunun rəhbəri Pordo Olivye bildirdi. Fransalı hüququ müdafiəçisi qeyd etdiki, ləğv edilən qeyri qanuni sənədlərdən 8-zi məhkəmə yolu ilə, 2-si isə yerli idarəetmə orqanlarının qərarı ilə ləğv edilib.

Hüquq müdafiəçisi xsüsi vurğuladıki, Azərbaycanın ərazi bütövlüyü Fransa tərəfindən tanınır. Olivyenin sözlərinə görə bu qeyri qanuni aktları Fransa Ali Məhkəməsi ləğv edir.

Fransalı hüququ müdafiəçisi bildirdiki bu cür qeyri qanuni hərəkətlərin təkrarlanmasına yol verilməyəcək.

Qeyd edəkki, Azərbaycanın işğal edilən Dağlıq Qarabağ regionu və orada yerləşən şəhər və kəndlərdə Fransa regionları,vilayətləri,şəhərləri və kəndləri arasında hər hansı əməkdaşlığın qadağan edilməsinə dair Fransa xarici işlər və daxili işlər nazirləri tərəfindən Fransa Hökümətinin yerlərdə səlahiyyətli nümayəndələri olan prefektlərə 2 iyul 2015-ci il tarixli məktub göndərilib.Sənəd 2018-ci ilin may ayının 24-də yenilənərək,qeyri qanuni xartiyaların ləğv edilməsi üçün prefektlərə daha qəti təlimat verilərək bir daha aidiyyəti üzrə göndərilib. Sözü gedən məktub qeyri qanuni regionlarasrası əməkdaşlığın qarşısının alınması istiqamətində növbəti mühüm addımdır və Azərbaycan tərəfi üçün çox əhəmiyyətli hüquqi mənbədir. Bununla bağlı Azərbaycan tərəfi həmin məktubun yayılmasını Fransanın beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi kontekstində düzgün istiqamətdə atılan bir addım kimi səciyyələndirilir, lakin qeyd edilən sənədin ciddi və səmərəli şəkildə icra edilməsi çox vacibdir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə