Teatr Xadimləri İttifaqının Konfransı - VİDEO

Teatr Xadimləri İttifaqının Konfransı - VİDEO
Yeni sədrin seçilməsi gözlənilir

Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIV Konfransı keçiriləcək.

REAL xəbər verir ki, saat 11.00-da işinə başlayacaq konfransda Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri, dövlət nümayəndələri iştirak edəcək.

Neçə gündür ölkə mətbuatını zəbt edən, Teatr Xadimləri İttifaqının Konfransı ilə bağlı yayılan bütün xəbərlərə bu gün açıqlama gətiriləcək.

Həmçinin konfransda təşkilatı məsələlərə də baxılacaq və gözlənildiyi kimi Teatr Xadimləri İttifaqının sədri seçiləcək.

Open.az gün boyu konfransla bağlı məlumatları, yeni xəbərləri yayımlayacaq.

***

Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransını İttifaqın sədri Azərpaşa Nemətov açıb.

REAL xəbər verir ki, o, konfransa 84 nəfər nümayəndənin seçildiyini söyləyib və əlavə edib ki, konfransın işində cəmi 82 nəfər iştirk edir: "Üzrlü səbəblərə görə iki nəfər iştirak etmir. Kvorum var. Ona görə də konfrans öz işinə başlaya bilər".

Əvvəlcə TXİ nin keçdiyi 5 il ərzində yəni son konfransdan keçən beş il ərzində baş verənlərlə baglı videoçarx nümayiş edilib.

Konfransa sədrilik etmək üçün İlham Rəhimli seçilib.

Orada iştirak edən əməkdaşımızın sözlərinə görə, mətbuat nümayəndələri çölə çıxarılıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə