6 zolaqlı yeni tunel - VİDEO

6 zolaqlı yeni tunel - VİDEO
Bilgəh, Pirşağı qəsəbələri arasında 900 metrlik tunel tikilir

Bakı dairəvi dəmir yolunun Bakı dairəvi avtomobil yolu ilə kəsişdiyi Bilgəh və Pirşağı qəsəbələri arasında yeni yeraltı tunel inşa edilir.

Tikinti işləri Bakı-Sumqayıt dairəvi yolunun 29-cu kilometrində aparılır. Tunelin tikintisində əsas məqsəd avtomobil yolları ilə dəmir yollarının kəsişdiyi və hərəkətin sıx olduğu ərazilərdə təhlükəsizliyi təmin etməkdir.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Natəvan Bayramova bildirdi ki, əvvələr bu ərazidə tez-tez qəza hadisələri baş verirdi. Bunun qarşısının alıması üçün tunelin tikintisi zərurəti yarandı.

Baş mühəndis Nureddin Yazıçı deyir ki, tikinti işlərinə bu ilin May ayında başlanıb və tikintinin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bu tunel son illərdə dəmir yolunda avtomobillərin hərəkəti üçün tikilən digər tunellərdən böyüklüyünə görə fərqlənir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə