Bal yarmarkasının yekunları - VİDEO

Bal yarmarkasının yekunları - VİDEO
110 tona yaxın arıçılıq məhsulları satılıb

Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında 110 tona yaxın məhsul satılıb.

Bu barədə “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova məlumat verib. Onun sözlərinə görə, builki yarmarkada 321 arıçı iştirak edib.

Ümumilikdə, bal yarmarkasına təqdim etmək üçün anbara 127,5 ton bal və 8,6 ton arı şanı olmaqla 136,1 ton arıçılıq məhsulu qəbul edilib. Bütün arıçılıq məhsullarını Qida Təhlükəsizliyi Agentliyi yoxlamadan keçirib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb.

Qeyd edək ki, yarmarkanın son günündə 321 arıçı “İştirak şəhadətnaməsi”, 24 arıçı “Keyfiyyətli arıçı”, 38 arıçı “Fərqlənmə sertifikatı”, 10 arıçı isə “Reytinq sertifikatı” ilə təltif edib.

Yarmarka Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 18-nə qədər keçirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə