Ötən il 31432 nəfər Narkoloji Mərkəzdə qeydiyyatda olub

Ötən il 31432 nəfər Narkoloji Mərkəzdə qeydiyyatda olub

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2018-ci il 31 dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə 31432 nəfər qeydiyyatda olub. Onlardan 26346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır. 

Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib. Xəbərə görə, onlardan 626 nəfəri qadın, 227 nəfəri toksikoman, 21872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.

2019-cu ilin 9 ayı ərzində 3947 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 2091 nəfərdə narkotikdən istifadə aşkarlanıb, onlar müvafiq qeydiyyata götürülüb.

REAL TV

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə