Bakıda Xəzər İnşaat Həftəsi - VİDEO

Bakıda Xəzər İnşaat Həftəsi - VİDEO
Həftə çərçivəsində Bakıda "BakuBuild 2019" sərgisi keçiriləcək

Sabahdan Bakıda Xəzər İnşaat Həftəsinə start verilir.

Həftə çərçivəsində sabahdan başlayaraq oktyabrın 25-nə qədər Azərbaycan paytaxtında “BakuBuild 2019” sərgisi keçiriləcək. Sərgidə dünyanın 23 ölkəsindən 280 şirkət iştirak edəcək.

Bununla bağlı keçirilən mətbuat konfrasında sərginin təşkilatçısı - “Caspian Evebt Organisers” şirkətinin regional meneceri Edvar Stron bildirib ki, bu il “BakuBuild” sərgisi üçün əlamətdar ildir. Onun sözlərinə görə, ötən il ilə müqayisədə bu il “BakuBuild” sərgisinin ərazisi 10% böyüyüb, iştirakçıların coğrafiyası Avropa, Asiya, Amerika və MDB ölkələrini əhatə edir.

“Caspian Event Organisers”in layihə rəhbəri Rəşad Qədimov isə bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dəstək proqramı çərçivəsində mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə "BakuBuild" sərgisində öz stendi ilə iştirak edir.

Qeyd edək ki, “BakuBuild” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi - “Caspian MebelExpo”, 12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi - “Securex Caspian” və 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi “Aquatherm Baku 2019” keçiriləcək.

Xatırladaq ki, “BakuBuild” sərgisi İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən dəstəklənir.

Həmçinin “BakuBuild”, “Aquatherm Baku”, “Caspian MebelExpo”, “Securex Caspian” sərgiləri KOBİA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə