Baş Prokurorluq: Əli Kərimli iki nəfər polis əməkdaşına xəsarət yetirib

Baş Prokurorluq: Əli Kərimli iki nəfər polis əməkdaşına xəsarət yetirib

Baş Prokurorluq oktyabrın 19-da Bakıda keçirilən qanunsuz aksiya zamanı polis əməkdaşlarının AXCP sədri Əli Kərimliyə xəsarət yetirməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən REAL-a verilən məlumatda deyilir ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə, eləcə də özünü AXCP-nin sədri kimi təqdim edən Kərimli Əli Əmirhüseyn oğlunun özünə aid “Facebook” səhifəsində oktyabrın 19-da keçirdikləri qanunsuz mitinq zamanı polis əməkdaşları tərəfindən ona xəsarət yetirilməsi barədə paylaşılmış məlumatlar və ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərin qarşısı alınarkən hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərilməsinə dair xüsusatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Belə ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabrın 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılaraq "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın keçirilməsi üçün Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazası təklif olunub.

Oktyabrın 19-da Milli Şura adlandırılan qurumun üzvləri, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər və digər destruktiv qruplar paytaxtın mərkəzi hissəsində razılaşdırılmamış, qanunsuz kütləvi aksiya keçiriləcəyi təqdirdə qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun xəbərdarlığından nəticə çıxarmayaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununun 9-cu maddəsinin tələblərinə zidd olaraq, Bakı Metropoliteninin “28 May” stansiyasının ətrafında razılaşdırılmamış mitinq keçirməyə və ictimai asayişi pozmağa cəhd göstəriblər.

Paytaxtın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həmin qanunazidd hərəkətlərin qarşısı alınmış, toplantıların təşkili və keçirilməsi qaydasının tələblərini pozduqlarına görə 60 şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qanunsuz aksiya zamanı Əli Kərimli yaşadığı evdən çıxaraq razılaşdırılmamış mitinqin keçirildiyi əraziyə doğru irəliləyib açıq çağırışlar etdiyindən onun ictimai qaydanı qəsdən pozmaq cəhdinin, insanlar arasında yarana biləcək qarşıdurmanın, əhalinin rahatlığının pozulmasına yönələn hərəkətlərinin qarşısını almaq və inzibati məsuliyyətə cəlb etmək məqsədi ilə ərazidə xidmət edən polis əməkdaşları onu xidməti avtobusa mindiriblər. Həmin vaxt Əli Kərimli polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ifadə olunan hərəkətlərə yol verərək, onların ünvanına nalayiq söyüşlər işlətmiş, iki polis əməkdaşına müqavimət göstərərək onlara xəsarətlər yetirib, müqavimətini davam etdirib polis əməkdaşlarını itələyərək avtobusdan enməyə və provakasiyaya cəhd edərək baş nahiyəsini avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub, nəticədə alın nahiyəsindən xəsarət alıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə