Keçmiş deputat mülkünü satır - VİDEO

Keçmiş deputat mülkünü satır - VİDEO
Cəbrayılov borcunu qaytaracağına söz verib

Eks deputat Rəfael Cəbrayılov borclu olduğu şəxslərin pulunu qaytarmaq üçün milyonçular məhəlləsi kimi tanınan ərazidə daha dəqiq ifadə etsək, Məmməd Araz küçəsində yerləşən mülkünü satışa çıxarıb.

Əmlakın ilkin satış qiyməti 1.5 milyon manat göstərilib. Ümumilikdə 850 min dollar borcu olan Cəbrayılov borclu olduğu şəxslərdən birinin Təranə Fətiyevanın 300 min dollarını geri qaytaracağına söz verib.

Bunu REAL-a Təranə Fətəliyeva deyib: "Bu gün pulumu verəcək".

Rafael Cəbrayılovun borclu olduğu şəxslər keçmiş deputatdan pullarını geri qalmaqda israrlıdırlar. Borclu olduğu şəxslərdən möhlət istəyən Rafael Cəbrayılov da pulları mülklərin satmaqla ödəyəcəyinə söz verir. Onu da deyək ki, Rafael Cəbrayılov borc qalmaqalına görə, qardaşı Elşən Cəbrayılovu ittiham edir. O, bir neçə dəfə qardaşından problemi yoluna qoymağı tələb etsə də, nəticəsi olmayıb. Bu baxımdan, Rafael Cəbrayılov borclu olduğu şəxsləri qardaşına üstünə qaldırmağa çalışır. Hətta onlardan hüquq-mühafizə orqanlarına şikayət edəcəkləri təqdirdə qardaşının da adını hallandırmağı xahiş edib.

Bu arada məlumat yayılıb ki, Sumqayıt şəhər məhləməsinin qərarına əsasən Rəfael Cəbrayılova və qardaşına məxsus Mehdiabad-Novxanı şossesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın 2-si və kompleksdəki obyektlərdən biri söküləcək. Səbəb kimi həmin ərazinin 1,4 hektarının "Binəqədi Oyl Kompani" Əməliyyat Şirkətinin istifadəsində olmasıdır. Görünən isə odur ki, bu xəmir hələ çox su aparacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə