Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin Prezidenti ilə görüşüb

Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin Prezidenti ilə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Bakıda səfərdə olan Neft Mühəndisləri Cəmiyyətinin (SPE - Society of Petroleum Engineers) Prezidenti Şauna Nunan ilə görüşüb.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

E.Qasımov Neft Mühəndisləri Cəmiyyətinin fəaliyyətinin, Azərbaycanla, xüsusi ilə Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığını yüksək qiymətləndirib. Rektor qeyd edib ki, Neft Mühəndisləri Cəmiyyətinin təşkilatçılığı ilə “Regional Tələbə İnkişafı Sammiti” artıq bir neçə dəfədir ki, Bakı Ali Neft Məktəbində keçirilir. O eyni zamanda bildirib ki, BANM-də də bir neçə il əvvəl Neft-Qaz Mühəndisləri Cəmiyyəti yaradılıb və hazırda uğurla fəaliyyət göstərir.

Bakı Ali Neft Məktəbinin fəaliyyəti barədə məlumat verən E.Qasımov BANM-in Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2011-ci ildə SOCAR-ın strukturunda yaradıldığını bildirib. O, Ali Məktəbdə ingilis dilində Böyük Britaniyanın Heriot Vatt Universitetinin proqramlarına uyğun tədris həyata keçirildiyini diqqətə çatdırıb. 

Rektor məlumat verib ki, Cenevrə Biznes Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Biznesin İdarəedilməsi (Master of Business Administration) üzrə magistratura pilləsində kadr hazırlığı həyata keçirilir.

Son illər mühəndislik ixtisasları üzrə təhsil alanların sayının artığını vurğulayan rektor onların arasında qızların xüsusi çəkiyə malik olduğunu deyib.

Bütün dünya üzrə Neft Mühəndisləri Cəmiyyətinin üzvlərinin 17 faizinin qadın mühəndislər təşkil etdiyini bildirən Şauna Nunan həmçinin qeyd edib ki, SPE-nin 62 il ərzində 5 qadın prezidenti olub.

O həmçinin, Neft Mühəndisləri Cəmiyyətinin regional sammitlərinin Bakıda yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: “Regional sammitlər bir çox ölkələrdən olan tələbələrin inteqrasiyası ilə yanaşı, onların gələcək karyeralarının inkişafı baxımından da önəmlidir. Müşahidələr göstərir ki, tələbələr beynəlxalq tədbirlərdə iştirak etdikdə onların bilikləri daha zənginləşir və faydalı təcrübələr əldə edirlər”.

Sonda Neft Mühəndisləri Cəmiyyətinin regional çempionatlarının Bakıda keçirilməsi qərara alınıb.

Qeyd edək ki, qeyri-hökumət təşkilatı olan Neft Mühəndisləri Cəmiyyətinin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, dünya neft sənayesinin təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlərin aparılması, nəticələrin təqdim edilməsi istiqamətində kömək etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər keçirərək şərait yaratmaqdır.

REAL TV

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə