Tərlan Əhmədov: "Mənim üçün gözlənilməz ssenari alındı"

Tərlan Əhmədov:

"Mənim üçün gözlənilməz ssenari alındı, müdafiə futbolu oynadıq. Görünür, rəqib bizi yaxşı analiz edib. Buna baxmayaraq qol şanslarımız oldu".

"Report" xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın VIII turunda evdə "Sabah"la 1:1 hesablı heç-heçədən sonra söyləyib.

48 yaşlı mütəxəssisin sözlərinə görə, nəticə ədalətlidir: "Hər iki komanda qol imkanlarından yararlana bilsəydi, bol qollu oyun olacaqdı. Yaralı yerim ehtiyat skamyasında oyunu gücləndirəcək futbolçu tapa bilməməyimidir. Bunu bəhanə etmək istəmirəm. Ancaq ehtiyat qüvvə olsa, daha yaxşı nəticə qazanmaq olar".

Əhmədov komandalar fasiləyə yollanan zaman "Keşlə" rəsmiləri ilə əyləşən bir şəxsin komandanın futbolçusu Rəşad Sadiqova kobud şəkildə irad tutmasına da münasibət bildirib: "Soyunub-geyinmə otağında Rəşadı əsəbi gördüm. Dedilər belə bir şey olub. Kim olduğunu bilmədim".

Baş məşqçi matçın 33-cü dəqiqəsində zədələnən Ruslan Qurbanovun zədəsinin süni örtükdən qaynaqlandığını və ciddi bir şey olmadığına ümid bəslədiyini söyləyib.

REAL TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə