Millimiz Sarayevoya yollanır - VİDEO

Millimiz Sarayevoya yollanır - VİDEO
Kikboksçularımız dünya çempionatında qüvvələrini sınayacaqlar

Kikboksinq üzrə milli komandamız növbəti sınaq qarşısındadır.

İdmançılarımız Bosniya və Herseqovinada təşkil olunacaq WAKO versiyası üzrə dünya çempionatında qüvvələrini sınayacaqlar.

Sarayevo şəhərində reallaşacaq yarışa seçməmiz 26 nəfərlik heyət yollanacaq.

Onlardan 20-i idmançı, 3-ü məşqçi, 3-ü isə hakimdir. Kikboksçularımızdan 17-si böyüklər, 3-ü isə gənclər arasında mükafat qazanmağa çalışacaq. Komandamız 2 ildən bir keçirilən dünya çempionatına iddialı yollanır.

Oktyabrın 19-da başlayacaq mundialda 56 ölkənin 800-yə yaxın idmançısı qüvvəsini sınayacaq.

Dünya çempionatına ayın 27-də yekun vurulacaq.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə