Millimiz ilk pilləni hədəfləyib - VİDEO

Millimiz ilk pilləni hədəfləyib - VİDEO
Komandamız dünya çempionatının əsas mərhələsinə hazırlaşır

Futzal üzrə Azərbaycan millisi Dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlıqlarını davam etdirir.

Komandamız təlim-məşq toplanışını Bakı İdman Sarayında keçirir. Baş məşqçi Joze Alesio Da Silva toplanışa 20 oyunçu dəvət edib.

Seməmizə ən çox Araz Naxçıvan futzalçı göndərib. Ölkə çempionumuzun 10 üzvü toplanışa cəlb olunub. Neftçinin 2, Marafonla EKOL-un 1 oyunçusu milliyə çağırılıb. 5 nəfər Rusiya, İspaniya, Fransa, Küveyt və Braziliyada leqioner həyatı yaşayır. Eşaq Soorqali isə hazırda klubsuzdur.

Moldova və Monteneqro ilə oyunlar bizim üçün vacibdir. Slovakiyaya qarşı matç isə daha çətin alınacaq.

Amma ona qədər hər iki görüşü yüksək səviyyədə keçirməli və uğurlu nəticə qazanmalıyıq. Bir müddət əvvəl Çempionlar Liqasında uğursuz çıxış edən "Araz"ın oyunçuları da milliyə çağırılıb. Lakin düşünmürək ki, bu amil komanmdamıza psixoloji cəhətdən çətinlik yaratsın.

Uşaqlar istirahət ediblər və Çempionlar Liqasında çətin olacağını başa düşürdülər. Heyətlə bağlı kiçik problemlərimiz var. Everton Kardoso Qalo və Karvalyo Viela dos Santos zədəlidir. Hər iki futzalçının vəziyyətinə qarşıdakı günlərdə aydınlıq gələcək. Buna rəğmən qrupumuzda birinci yeri tutmağa çalışacağıq.

Xatırladaq ki, millimiz Slovakiya, Moldova və Monteneqro komandaları ilə birgə 3-cü qrupda qərarlaşıb. Sözügedən qrupun oyunları oktyabrın 23-ü 27-si aralığında Bakıda reallaşacaq. Seçməmiz ilk oyununu ayın 23-də moldovalılara qarşı keçirəcək. Ertəsi gün futzalçılarımız Montebeqro kollektivi ilə üz-üzə gələcəklər. Ayın 26-da isə seçməmiz slovakiyalı həmkarları ilə münasibətləri aydınlaşdıracaq. Hər 3 oyunun start fiti saat 20-də səslənəcək.

Matçların hamısı Bakı İdman Sarayında oynanılacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə