E.Əsədov liderliyini qoruyub

E.Əsədov liderliyini qoruyub
Velosipedçimiz “sarı köynəyi” özündə saxlayıb

Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of Peninsular” yarışı davam edir.

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən veloturda 2-ci mərhələ arxada qalıb.

İlk gündə finiş xəttini 1-ci keçən millimizin üzvü Elçin Əsədov 157 km-lik növbəti mərhələni 3 saat, 30 dəqiqə, 43 saniyə göstərici ilə lider qrupda tamamlayıb.

Bu isə velosipedçimizə ən yaxın izləyicisini 4 saniyə qabaqlamaqla ümumi təsnifatın lideri üçün nəzərdə tutulan “sarı köynəyi” özündə saxlamağa imkan verib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər